BMT iclasında Çinin Uyğur türklərinə qarşı yürütdüyü siyasət müzakirə edilib

14-05-2021, 00:07           
BMT iclasında Çinin Uyğur türklərinə qarşı yürütdüyü siyasət müzakirə edilib
BMT-nin iclasında Çinin uyğurlara qarşı yürütdüyü siyasət müzakirə edilib.

Turaz.org xəbər verir ki, BMT-nin daimi nümayəndələri Çin rəhbərliyinə çağırış edərək uyğurlara qarşı təzyiqlərə son qoyulmasını tələb ediblər.

Bundan əlavə, iclasda BMT-nin İnsan Haqları Komissarının bölgəyə girişinə icazə verilməsi istənilib.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild uyğurlara işgəncə verildiyini təsdiqləyib.

Türkiyənin BMT-dəki daimi nümayəndəsi Firudin Sinirlioğlu isə uyğur türklərinin sülh və firavanlıq içində yaşadıqlarını və Çin vətəndaşları ilə bərabər hüquqlara sahib olduqlarını görmək istədiklərini vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru