Rusiya Türkiyə ilə olan bütün hərbi-texniki əməkdaşlığı dayandırdığını açıqlayıb.
Axar.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin hərbi işlər üzrə məsləhətçisi Vladimir Kojin məlumat verib.
Onun sözlərinə görə, Türkiyə ilə Rusiya arasında imzalanmış bütün xidmət müqavilələri, silah tədarük danışıqları və digər müqavilələr birtərəfli qaydada dayandırılıb:
“Müqavilələrimiz var idi. Silah-sursat tədarük edirdik. Hazırda bütün ixracat dayandırılıb. Türkiyə tərəfi ilə müzakirələr də təxirə salınıb”.