ABŞ-dan Türkiyəyə zərbə

25-02-2016, 22:46           

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) PYD-yə (PKK terror təşkilatının Suriya qolu) ən müasir silahlar verməsi növbəti dəfə təsdiqini tapıb.


Reportyor.tv Türkiyə mediasına istinadən xəbər verir ki, yayılan görüntülər Pentaqonun PYD-yə tank əleyhinə raketləri verdiyini göstərir.


Amerika istehsalı olan və lazerlə idarə olunan FGM-148 Javelin adlı tank əleyhinə raketlər Suriyanın Haseke şəhərindəki PYD terrorçularının əlində görünüb.


Beynəlxalq media və sosial şəbəkələrdə bundan əvvəllər də yayılan məlumatlara görə, ABŞ istehsalı olan yüksək texnologiya məhsulu FGM-148 Javelin raketləri YPG-yə (PYD-nin silahlı qanadı) verilib.


Lakin Pentaqonun sözçüsü Jeff Devis xəbərləri təkzib etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru