Türk bayrağını təhqir edən şərəfsiz iranlı qadını polis xilas etdi - Video

12-07-2021, 07:47           
Türk bayrağını təhqir edən şərəfsiz iranlı qadını polis xilas etdi - Video
İstanbulun Büyükçəkməcə ilçəsində İran vətəndaşı Zohreh Momeni adlı qadın obyektlərdən birindən asılan Türkiyə bayrağını cıraraq yerə atıb və tapdalayıb.

Axar.az xəbər verir ki, qadının bu hərəkəti ətrafdakıların böyük hiddətinə səbəb olub və onu bu nalayiq davranışına görə cəzalandırmağa cəhd ediblər.

Lakin hadisə yerinə gələn polis əməkdaşları qadını qəzəbli kütlədən qoruyaraq aidiyyəti üzrə təcridxanaya aparıb.

Məlumata görə, Z.Momeni barəsində “Dövlətin suveren rəmzlərini təhqir etmə” maddəsi ilə cinayət işi açılıb və onun yaxın zamanda Türkiyədən deportasiya ediləcəyi gözlənilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru