Ərdoğan İstanbuldakı erməni kilsəsi ilə bağlı insidenti təxribat adlandırdı – VİDEO

13-07-2021, 07:57           
Ərdoğan İstanbuldakı erməni kilsəsi ilə bağlı insidenti təxribat adlandırdı – VİDEO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə ölkənin Nazirlər Kabinetinin növbəti toplantısı keçirilib.

KONKRET.az bildirir ki, toplantıdan sonra təşkil olunan ənənəvi brifinqdə dövlət başçısı bir çox məsələlərlə yanaşı, ötən gecə İstanbulun Kadıköy məhəlləsindəki erməni kilsəsi ilə bağlı insidentə də münasibət bildirib.

Ərdoğan baş verənləri hörmətsizlik və xalqların birliyinə qarşı təxribat adlandırıb.

Xatırladaq ki, dünən gecə saatlarında bir qrup içkili erməni “Surb Takavor” kilsəsinin hasarına çıxaraq rəqs edib. Müvafiq görüntülər sosial şəbəkələrdə yayılaraq Türkiyə ictimaiyyətində geniş əks-səda doğurub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru