Türk general: Bu problem müharibəsiz həll olunmayacaq!

7-10-2021, 10:39           
Türk general: Bu problem müharibəsiz həll olunmayacaq!
Türkiyə və Yunanıstan arasında böhran müharibə olmadan həll edilə bilməz.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Baş Qərargahı Kəşfiyyat xidmətinin keçmiş rəhbəri, general İsmayıl Haqqı Pekin deyib.

“Müharibə olmadan qarşılıqlı problemlər həll edilməyəcək. Lakin müharibə olsa da, bir tərəfin digər tərəfi tam məğlubiyyətə uğratması mümkün deyil. Çünki digər tərəfin arxasında Qərb dayanır. Onlar Türkiyənin Yunanıstanı əzməsinə imkan verməzlər”, - deyə ekspert bildirib.

İ.Haqqı Pekin onu da əlavə edib ki, Afina Avropa Birliyinin dəstəyi ilə haqsız istəklərini Türkiyəyə qəbul etdirməyə çalışır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru