İranın Türkiyədə oğurlamağa cəhd etdiyi hərbi pilotdan ETİRAFLAR - VİDEO

15-10-2021, 16:10           
İranın Türkiyədə oğurlamağa cəhd etdiyi hərbi pilotdan ETİRAFLAR - VİDEO
Türkiyə oktyabrın 13-də Van vilayətində adam oğurluğu əməliyyatının qarşısının alındığını və İranın iki kəşfiyyat agentinin ələ keçirildiyini deyib.

Bizim.Media xəbər verir ki, əməliyyatda qaçırılmalı olan şəxs üç il öncə Türkiyəyə qaçan İran ordusunun keçmiş pilotu Mehrdad Abdarbaşıdır.

Türk kəşfiyyat xidmətinin müdaxiləsi və Türk polisinin səyləri nəticəsində əməliyyat uğursuz olub və 6 Türkiyə vətəndaşı da daxil olmaqla, ümumilikdə 8 nəfər tutulub. Mehrdad Abdarbaşı “Amerikanın Səsi”nə müsahibəsində İranı tərk etmə səbəblərindən danışıb.


Onun sözlərinə görə, üç il öncə SEPAH qüvvələri Suriyada İsrail qüvvələri tərəfindən hədəf alınarkən böyük itkilər verdikdə, İran ordusu qüvvələrindən də istifadə etmək qərarına gəlib.


Keçmiş pilot bildirib ki, 2018-ci ildə bizə bir neçə həftəyə Suriyaya getməyə hazırlaşmağımız tapşırılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru