Yolunu azan cavabını alacaq - Ankaradan xəbərdarlıq

17-10-2021, 10:33           
Yolunu azan cavabını alacaq - Ankaradan xəbərdarlıq
Türkiyə və Şimali Kiprin Aralıq dənizinin şərq hissəsi ilə bağlı mövqeyini görməzdən gəlməklə nəticə əldə etmək olmaz.

Axar.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oqtay deyib.

“Yunanıstan və Cənubi Kipr rəhbərliyi Malta bayraqlı gəmi ilə daxili sularımızda araşdırma aparmağa cəhd göstərir. Bir daha xəbərdarlıq edirik. Aralıq dənizində rotasını itirən cavabını alar. Kimlə əməkdaşlıq edirlərsə etsinlər. Ancaq sığındıqlarına inanaraq Türkiyəyə qarşı səhv addım atmağa çalışmasınlar. Tarixdə olduğu kimi, bu gün də, gələcəkdə də alacaqları cavabı çox yaxşı bilirlər”, - F.Oqtay bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru