“ƏRDOĞANIN BU ÇIXIŞLARI ÖLKƏDƏ SİYASİ CİNAYƏTLƏRƏ VƏ TƏHDİDLƏRƏ YOL AÇIR” – CXP prokurorluğa müraciət etdi

17-10-2021, 11:52           
“ƏRDOĞANIN BU ÇIXIŞLARI ÖLKƏDƏ SİYASİ CİNAYƏTLƏRƏ VƏ TƏHDİDLƏRƏ YOL AÇIR” – CXP prokurorluğa müraciət etdi
Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri Kamal Kılıçdaroğlunun vəkili Celal Çelik Türkiyə Baş Prokurorluğuna müraciət edib.

Qafqaz.media xəbər verir ki, Çelik Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkədə "siyasi cinayətlər və təhdidlər"ə yol açan bəzi çıxışlarına hüquqi qiymət verilməsini istəyib.

Baş Prokurorluğa təqdim olunan ərizədə qısa olaraq qeyd edilir: “AK Partiya sədri Ərdoğan tərəfindən 16 dekabr 2018-ci ildə, (Kamal Kılıçdaroğluna yönəlik olaraq işlədilən) "... biləsiniz ki, 15 İyulda FETÖ-çülara və onların əlaltılarına meydanları necə dar etdiksə, bunu bir daha edərik", 26 may 2021-ci ildə (Meral Akşenerə yönəlik) “... Gəlinə çox yaxşı bir dərs verilir. Bundan sonra nələr olacaq, nələr...", 7 Oktyabr 2021-ci ildə (Kılıçdaroğluna) "... onlara ölkənin idarəçiliyinə can atdıqlarını söyləməyi dayandırmağın daha yaxşı olacağını xatırlatmaq istəyirik" kimi ifadələr "siyasi cinayətlər və təhdidlər" mövzusunun müzakirəyə daxil edildiyini göstərir. Bu səbəbdən, Ərdoğanın təhdidlərinin, hədə-qorxuların və yuxarıda göstərilən yanaşmaların səbəbini ortaya çıxarmaq məcburiyyəti var. Hər şeydən əvvəl, Rəcəb Tayyib Ərdoğanın istintaq mövzusu olan “Siyasi cinayətlər və təhdidlər” yönündə ifadəsinin alınmasını və bu sənədlərin hörmətli sədrimizə (Kılıçdaroğluna – red.) çatdırılmasını tələb edirik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.