Ərdoğan: "ABŞ Türkiyənin 1.4 milyard dollarını qaytarmır, əvəzində..."

17-10-2021, 17:07           
Ərdoğan:
“Türkiyə “F-35” tipli təyyarələrin alınması üçün ABŞ-a 1,4 milyard dollar ödəyib”
Teref.az xəbər verir ki , bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrikanın 3 ölkəsinə - Anqola, Toqo və Nigeriyaya səfərindən öncə Atatürk Hava Limanında mətbuata açıqlamasında bildirib.
R.T.Ərdoğan deyib ki, həmin vəsaitin geri qaytarılması üçün Türkiyə tərəfi danışıqları davam etdirir: “ABŞ tərəfi isə bu ödənişin əvəzinə “F-16” qırıcı təyyarələrinin alınmasını təklif etmişdi. Bununla əlaqədar olaraq da biz ölkəmizin müdafiə sənayesi ehtiyaclarını qarşılamaq üçün hansı addımlar atmaq lazımdırsa, o addımları da atacağıq. Əlimizdəki “F-16”-ların modernləşdirilməsindən başlayaraq, yeni əlavə “F-16”-lar almaq şərtilə müdafiə sənayesi bazamızı genişləndirəcəyik. Problemin həlli üçün dialoqun tərəfindəyik.”APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru