Səlcuq Bayraktara ağır itki...

18-10-2021, 16:50           
Səlcuq Bayraktara ağır itki...
"BAYKAR" şirkətinin Baş direktoru Haluk Bayraktar da "Twitter" hesabından etdiyi paylaşımında atasının vəfat etdiyini açıqlayıb.
Türkiyənin tanınmış iş adamı, "BAYKAR" şirkətinin İdarə Heyətinin sədri Özdəmir Bayraktar vəfat edib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "BAYKAR" şirkəti açıqlama yayıb. "Milli texnologiya hərəkatı ideyasının və milli pilotsuz uçuş aparatlarının yaradılmasının lideri, İdarə Heyətimizi sədri, yol göstərənimiz Özdəmir Bayraktar haqqın rəhmətinə qovuşub", - deyə açıqlama bildirilir.
"BAYKAR" şirkətinin Baş direktoru Haluk Bayraktar da "Twitter" hesabından etdiyi paylaşımında atasının vəfat etdiyini açıqlayıb.
72 yaşında dünyasını dəyişən Ö. Bayraktar İstanbulda dəfn olunacaq.
Qeyd edək ki, Özdəmir Bayraktar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qudası, Səlcuq Bayraktar və Haluk Bayraktarın atasıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru