“Vaşinqton pulu verməsə, Ankara bu addımı atacaq” - F-35 gərginliyi böyüyür

18-10-2021, 17:17           
“Vaşinqton pulu verməsə, Ankara bu addımı atacaq” - F-35 gərginliyi böyüyür
“Vaşinqton pulu verməsə, Ankara bu addımı atacaq”
"ABŞ ilə Türkiyə arasındakı F-35 gərginliyi səngimək bilmir. Məsələ ondadır ki, rəsmi Ankara 185 mlrd. dollar verməsinə baxmayaraq, Vaşinqtondan hələ də F-35 qırıcılarını ala bilmir. ABŞ tərəfi isə öz növbəsində Türkiyənin həmin pulla Rusiyanın SU-35 təyyarələrini almasından ehtiyat edərək əvəzində Ankaraya həmin pulla F-16 təklif edir”.

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq İlqar Vəlizadə deyib ki, bu məsələdə Türkiyənin mövqeyi və iradları haqlıdır:

"Rəsmi Vaşinqton Türkiyənin strateji müttəfiqi adlandırır, bununla belə ona hələ də güvənmədiyi ortadadır. Ankara bu günə qədər bir dəfə də olsun, Vaşinqtonu yanıltmayıb, buna baxmayaraq ABŞ-ın mövqeyi anlaşılmazdır. İstənilən halda ABŞ müqaviləyə əməl etməli və Türkiyəyə 185 mlrd. dolların qarşılığında F-35 təyyarələrini verməlidir. Yox, əgər bunu istəmirsə, Türkiyənin ödədiyi məbləğ artıqlaması ilə geri qaytarılmalıdır. İstənilən halda Vaşinqton müqavilədə əks olunmayan F-16 məsələsindən istifadə edə bilməz. Ümumiyyətlə, iki ölkə arasında imzalanan konkret müqavilə var və o müqavilədə belə bir bənd yoxdur. Buna görə də Türkiyə haqlı olaraq Vaşinqtona iradları bildirir. ABŞ gec-tez müqaviləyə əməl etməsə, bu Ankara ilə Vaşinqton arasında mövcud F-35 krizini daha da böyüdəcək”.

Politoloqun sözlərinə görə, ABŞ-ın SU-35 narahatlığı yersizdir:

"Ankara bir halda ki, F-35 almaq istəyib nə üçün indi SU-35 alsın? Yəni Türkiyə SU-35-ləri almaq istəsəydi, bunu çox rahat şəkildə edə bilərdi. Vaşinqton vaxtilə bu səhvi "Patriot" raketləri üçün etdi. Türkiyə o zaman da ABŞ-a müraciət etmiş, ABŞ isə Türkiyəyə "Patriot" sistemilərini satmamışdı. Ankarada öz növbəsində S-400 sistemlərini aldı. Bu gün ABŞ Türkiyəyə F-35 təyyarələrini satmasa Ankara da, Rusiya da SU-25 təyyarələri alacaq. Daha doğrusu Vaşinqton Ankaranı buna vadar edəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru