Əhməd Davudoğlunun içində olduğu lift yerə ÇIRPILDI
19-10-2021, 07:05
Türkiyənin Gələcək Partiyasının sədri Əhməd Davudoğlunun da içində olduğu lift yerə çırpılıb.
Qafqaz.media Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Van şəhərində olub.
Məlumatda bildirilir ki, hadisə nəticəsində Davudoğlunun belində problem yaranıb. Partiya sədri korset istifadə edir. Həkimlərin məsləhəti ilə bir müddət istirahət etməlidir.