Trampın saytını sındıran türkiyəli haker görün ora nə yerləşdirib? - DETALLAR

19-10-2021, 13:30           
Trampın saytını sındıran türkiyəli haker görün ora nə yerləşdirib? - DETALLAR
Türkiyəli haker ABŞ-ın keçmiş prezidenti Donald Trampın saytının bölmələrindən birini sındırıb və orada Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın videosunu yerləşdirib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı VICE nəşri yayıb.

Mənbə yazır ki, hücum veb saytın alt domeninə təsir edib.

Burada sabiq prezidentin şirkətində çalışanlar Trampa dəstək kampaniyasını aparırlar. Xüsusilə onlar imza toplamaq üçün petisiya hazırlayırlar və suallara cavab verirlər. “Allahı və özlərini unudanlar kimi olmayın. Onlar pis adamlardır”. Sındırılan internet səhifəsində ingilis və Türk dilində belə mesaj yazılıb. Mənbə bunun Quran surələrindən biri olduğunu xatırladır.


Sayt “RootAyyildiz” adlı haker tərəfindən törədilib. O, həmçinin, Türkiyə prezidenti ilə birlikdə YouTube video hostinqindən millətçi xarakterli bir video da yayımlayıb.


Haker VICE nəşrinə saytı SSTI metodundan istifadə edərək sındırdığını söyləyib.

“RootAyyildiz”a görə, veb səhifənin bu hissəsi artıq üç aydır ki, onun nəzarəti altındadır. Trampın nümayəndələri bununla bağlı nəşrin müraciətinə cavab verməyiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru