"Türkiyə bunu etsə, supergücə çevriləcək" - RUSİYALI HƏRBİ EKSPERT

20-10-2021, 10:40           
"Türkiyə bunu etsə, supergücə çevriləcək" -
Türkiyə Rusiyanın Su-57-ni alacağı təqdirdə regional supergücə çevrilə bilər.

Bu sözləri rusiyalı hərbi ekspert İqor Korotçenko ABŞ-ın Türkiyəyə F-16 təklifini şərh edərkən deyib.

Onun sözlərinə görə, Vaşinqton bu təklifi ilə Ankaraya hörmətsizlik edir:

“F-35 - beşinci nəsil qırıcı təyyarədir və F-16 ilə müqayisəedilməzdir. F-35 təyyarəsi almaq Türkiyə üçün önəmlidir. Türkiyənin xərclədiyi külli miqdarda vəsait qarşılığında ABŞ-dan embarqo alması NATO-nun ikinci böyük hərbi gücünə hörmətsizlikdir. ABŞ Türkiyəyə yönəlik bütün qırmızı cizgiləri keçdi”.

Korotçenko bildirir ki, ABŞ-ın bu kimi addımlarına Ankaranın ən yaxşı cavabı Su-57 əldə etməsi olar:

“Su-57 F-35-dən daha yaxşıdır. F-35 yüngül, Su-57 isə daha ağır təyyarədir. Türkiyə Su-57 ilə bütün Avropa ölkərini geridə qoyacaq supergücə çevrilə bilər. Hərbi və siyasi baxımdan da mütləq şəkildə öz sözünü qlobal miqyasda deyəcək”./axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru