Türkiyə “Alka New” lazer silahını sınaqdan keçirib

20-10-2021, 16:02           
Türkiyə “Alka New” lazer silahını sınaqdan keçirib
Türkiyənin ROKETSAN şirkəti “Alka” lazer silahının (yönləndirilmiş enerji silah sistemi) şəbəkə qabiliyyətli NEW (Network Enabled Weapon) adlı variantının atış sınaqlarını həyata keçirib.
Ordu.az xəbər verir ki, sınaqlar zamanı iki fərqli lazer silahı tək bir hədəfə yönəldilib.

Bir müddətdir antidron sistemləri üzərində araşdırma və inkişaf çalışmaları həyata keçirən ROKETSAN ilk olaraq bu çərçivədə “Alka”nı hazırlayıb. Asimetrik təhdidlərə qarşı elektromaqnit və lazer texnologiyasından istifadə edən “Alka”, mini/mikro PUA-lara əlavə olaraq əldəqayırma partlayıcı maddələr kimi elementləri də məhv etməyi qarşısına məqsəd qoyub.

ROKETSAN tərəfindən “Antidron Sistemlərinin Yeni Alfası” şüarı ilə təqdim olunan NEW konsepsiyası ilə “Alka” şəbəkə qurma qabiliyyətini qazanıb.

NEW variant ilə avtomobillərdəki lazer silahları tək bir hədəfə fokuslana bilir. Bu yolla hədəfin məhv olma müddəti xeyli azaldıla bilər. Eyni şəkildə, hər bir “Alka” fərqli hədəflərə zərbə endirə bilər. Beləliklə, obyektlərin PUA hücumlarına qarşı müdafiəsi vahid quruluşa malik olacaq. “Alka New” variantında fərqli elektro-optik sistemlər və radarlar da batareya quruluşuna daxil edilə bilər.

“Alka New” konsepsiyasının sahə sınaqlarının bir hissəsi olaraq tək komanda mərkəzindən idarə olunan iki fərqli lazer silahı eyni hədəfə yönəldilib. Test fəaliyyətini Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri də izləyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.