Ankara Su-57-lər alacaqmı və F-35-lər üçün ödənmiş milyardlar necə olacaq? - Ekspert danışır

21-10-2021, 11:54           
Ankara Su-57-lər alacaqmı və F-35-lər üçün ödənmiş milyardlar necə olacaq? - Ekspert danışır
"Ankara Su-57 təyyarələrini almayacaq”.

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov ABŞ-ın F-35 hərbi təyyarələrini verməkdən imtina etməsi fonunda, Türkiyənin S-400 raketlərinin ardınca Moskvadan Su-57 təyyarələrini də alacağı barədə Rusiya saytlarında gedən məlumatı dəyərləndirərkən deyib:

"Fikrimcə, S-400 raketlərinə görə başı kifayət qədər ağrıdığından Ankara bir sıra məsələlərə aydınlıq gətirilənə qədər Rusiyadan Su-57 təyyarələrini almayacaq. Ankaranın Rusiyadan bu təyyarələri alması ehtimalı real deyil. Qardaş ölkə bu təyyarələri əldə etməyə tələsməyəcək. Su-57-lər tam təkmil silahlardan deyil. Bu hərbi hava texnikasının kifayət qədər çatışmamazlıqları var. Su-57-lərin manevr imkanları, taktiki-texniki xarakteristikasında çoxsaylı nöqsanlar aşkarlanıb”.

Əksinə, həmsöhbətimiz bu qənaətdədir ki, hələlik F-35-lər ətrafında dartışmalar davam edəcək:

"Türkiyə F-35-lərə görə verdiyi pulu ya geri istəyəcək, ya da ABŞ üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir. Həmin təyyarənin alınması üçün bağlanan müqavilənin miqdarı milyard dollarla ölçülür. Bu səbəbdən düşünürəm ki, Vaşinqton bu məsələdə öhdəliyindən qaçmağa cəhd etsə də, Türkiyə ABŞ-ı problemi həll etməyə məcbur edəcək. Ən azından Türkiyə məsələni beynəlxalq müstəvidə mübahisələndirərək, verdiyi pulunu geri ala bilər. Ola da bilsin, ABŞ Türkiyə kimi müttəfiqini və əsas silah alıcısı olan ölkəni itirməmək üçün müəyyən addımlar atacaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.