Türkiyə XİN-dən F-35 açıqlaması: “Danışıqlar gedir”

22-10-2021, 00:00           
Türkiyə XİN-dən F-35 açıqlaması:
Türkiyə olaraq F-35 layihəsi üçün 1.4 milyard ödəmə etmişik. Seçim çox sadədir. Ya pulumuzu, ya da təyyarələrimizi verəcəklər.

Yenisabah.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Biliç mətbuat konfransı zamanı bəyan edib.

Nazirlik rəsmisi məbləğin hazırda Türkiyə Silahlı Qüvvələrinin arsenalında olan F-16 qırıcılarının yeniləməsi üçün istifadə edilə biləcəyini də istisna etməyib.

XİN nümayəndəsinin sözlərinə görə, hazırda bu barədə tərəflər arasında danışıqlar gedir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru