İrəvan Türkiyə ilə əlaqələrə can atır

22-10-2021, 09:46           
İrəvan Türkiyə ilə əlaqələrə can atır
Ermənistan Türkiyə ilə münasibətləri normallaşmasına önəm verir.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan deyib.

Onun sözlərinə görə, əlaqələrin qurulması təkcə siyasi perspektivlər deyil, eyni zamanda Ermənistan üçün iqtisadi imkanlar da açır.

Qriqoryan bildirib ki, Türkiyə ilə əlaqələrin normallaşması məsələsini Azərbaycanla münasibətlərin tənzimlənməsi problemindən ayırmaq gərəkdir.

Ermənistan rəsmisi Ankara ilə əlaqələrin qurulacağı təqdirdə İrəvan-Qars dəmiryolunun istismarı məsələsinə də toxunub:

“Bu marşrutun fəaliyyətindən Türkiyə də qazanacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru