Bill Qeyts lüks yaxtası ilə Türkiyəyə gəldi! – MİLYARDER 2 SAATA YAXIN ANTİK EFES ŞƏHƏRİNDƏ OLDU VƏ…

23-10-2021, 07:28           
Bill Qeyts lüks yaxtası ilə Türkiyəyə gəldi! –
“Microsoft” şirkətinin qurucusu, milyarder Bill Qeyts “Lana” adlı yüks yaxtası ilə Türkiyəyə gəlib.

Qafqaz.media Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Aydının Kuşadası bölgəsinə gələn milyarder, daha sonra İzmirin Selçuk bölgəsindəki antik Efes şəhərinə baş çəkib.

Qeyts avtomobildən düşərkən tanınmaması üçün şapka və maska ​​taxıb. Milyarderin cangüdənləri jurnalistlərin şəkil çəkməsinə mane olublar.

Qədim şəhərin işıqları əvvəllər Efesə getmək üçün rezervasiya etmiş Qeytsin ziyarəti zamanı açılıb. Antik şəhəri ziyarət edərkən papağını və maskasını çıxaran Qeyts, yanında olan bələdçidən antik şəhər haqqında məlumat alıb.

Saat 18.50 radələrində antik Efes şəhərinə girən Qeyts və adamları təxminən 2 saat sonra qədim şəhəri tərk ediblər.

Bu arada, texniki qrupun bir gün əvvəl qədim şəhərdə işıqlandırma işləri həyata keçirdiyi öyrənilib.

Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru