Türkiyədə SİLAHLI HÜCUM: 5 nəfər yaralandı

23-10-2021, 10:16           
Türkiyədə SİLAHLI HÜCUM:
Türkiyədə silahlı insident olub.

Publika.az xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.

Qeyd edilir ki, hadisə Bəyoğlu rayonunda qeydə alınıb. Restorana avtomobillə gələn silahlı şəxs və ya şəxslərin açdığı atəş nəticəsində 5 nəfər yaralanıb. Hadisəni törədən şəxs (və ya şəxslər-red) ərazidən uzaqlaşıb.

Əraziyə polis əməkdaşları və təcili yardım cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru