“KTMT üzvü Qırğızıstan NATO üzvü Türkiyədən “Bayraktar TB2” almaq prosesinə başlayıb”

23-10-2021, 17:52           
“KTMT üzvü Qırğızıstan NATO üzvü Türkiyədən “Bayraktar TB2” almaq prosesinə başlayıb”
“KTMT üzvü Qırğızıstan NATO üzvü Türkiyədən “Bayraktar” TB2 almaq prosesinə başlayıb”.
Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində Ermənistanın İctimai Şurasının keçmiş sədri Styopa Səfəryan yazıb.

Onun sözlərinə görə, Qırğızıstan həm də Türk Şurasının üzvüdür.

“Bu iki inkişaf iki baxımdan vacibdir: 1) KTMT-də KTMT üzvü olmayan, üstəlik NATO üzvü olan ölkədən silah almaq üçün presedent yaradılır, digərləri üçün də pəncərə açılır. 2) Qırğızıstanın türkdilli ölkələr ailəsinə yumşaq və tədricən “inteqrasiya”sı KTMT-yə təsir edəcək. Rusiya bu ittifaqda sadiq bir müttəfiq olan Ermənistana sahib idi, onu da rinqdən çıxardı...”, - deyə Səfəryan bildirib.

Alpər Mövludoğlu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru