Ərdoğanın Azərbaycan və İran arasındakı gərginliklə bağlı açıqlamasına İran rəsmisindən REAKSİYA

24-10-2021, 09:18           
Ərdoğanın Azərbaycan və İran arasındakı gərginliklə bağlı açıqlamasına İran rəsmisindən REAKSİYA
“İslam dünyasına rəhbərlik iddiasında olan bir hökmdarın “sionist” rejimin heybətini şişirtməsi güc əlamətidir, yoxsa müsəlmanlıq?!”

Sozcu.az “Rahbord-e moaser” saytına istinadən xəbər verir ki, bunu bu gün İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani öz Tvitter hesabında yazıb.

O, həmçinin əlavə edib: “Etnik xalqlardan qorxmaq, etnik xalqların Gülüstanı sayılan İranın deyil, onları zorakılıqla üz-üzə qoyan bir hökumətin payıdır”.

Qeyd edək ki, bu yaxınlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsraillə Azərbaycan arasındakı münasibətlərlə bağlı suala cavab olaraq bildirmişdi ki, İran Azərbaycanla İsrail arasındakı münasibətlərə görə Azərbaycanla üz-üzə gəlməyəcək.konkret












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru