Onları “tək dişli canavar”a təslim etməliyikmi? - Soylu

24-10-2021, 10:09           
Onları “tək dişli canavar”a təslim etməliyikmi? - Soylu
İdlibi gördünüz. Nə edə bilərdik? Valideynlərini itirmiş yetimləri orada tək qoymalıyıq? O zaman geriyə dönüb müsəlman kimliyimizə baxmalı deyildikmi?

Teref.az xəbər verir ki, bu sözləri Türkiyə daxili işlər naziri Süleyman Soylu deyib.

“O zaman qonşusu ac ikən özü tox yatanla bağlı deyilən sözləri dəyərləndirməyimiz lazım deyilmi? O uşaqların gülüşlərinin yarısını indi Fələstində buraxmalıyıqmı? Biz bunu yarımçıq qoymalıyıq ki, Amerika istəmir, Qərb istəmir? Biz onlara sahib çıxmamalıyıq? Çobanbəydən Ras əl-Eynə, Tel Abyada qədər o bölgələrdə sülhü təmin edə bilməsək də Məhməd Akif öz təbirincə dediyi kimi, onları “tək dişli canavar”a təslim etməliyikmi? Tarix nə yazacaq, bilmirəm, amma bu gün deyirəm. Türkiyə 21-ci əsrin əvvəllərindən etibarən böyük işlər görür”, – deyə Soylu bildirib./axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru