Türkiyəli gənc hazırladığı dronla hər kəsi şoka saldı: Bu dron havadan minaların yerini təyin edib, zərərsizləşdirir

25-10-2021, 07:00           
Türkiyəli gənc hazırladığı dronla hər kəsi şoka saldı:
Türkiyədə 16 yaşlı Mert Delibaltanı hər kəs tanıyır. Alp.az xəbər verir ki, 16 yaşlı Mert Delibalta hələ bir neçə il öncə ixtira etdiyi dronu daha da mükəmmələşdirməyi bacarıb. Muşda yaşayan ixtiraçı müasir dron sistemi vasitəsilə minaların yerini təyin edir və onu şüalar vasitəsilə məhv edir.

Qeyd edək ki, hələ iki öncə M.Delibalta “Casus Drone Finding Bombs” adlı bir layihəyə başlayaraq, bu layihəni 4 ayda tamamlamışdı. Onun layihəsi Erciyes Universiteti tərəfindən təşkil edilən “İkinci Beynəlxalq Eru Mekatron Robot Yarışması”da birinci yerin qalibi olmuşdu.

İndi Mert Delibalta gənclərdən ibarət bu qrupla yeni dronun son sınaqlarını həyata keçirdir. Mert Delibaltanın hazırladığı bu dron Vyetnamda, ABŞ-da keçirilən yarışmaların qalibi olub.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.