Türkiyəyə qarşı ölkələrin arxasında ABŞ durur – İki səbəb…

25-10-2021, 07:16           
Türkiyəyə qarşı ölkələrin arxasında ABŞ durur – İki səbəb…
Yeddisi Avropa ölkəsinə aid 10 səfirin verdiyi bəyanatın arxasında Co Bayden hökuməti, yəni ABŞ dayanır.

Bu iddia ilə “Nyu-York Tayms” qəzeti çıxış edib.

Qəzetin İstanbul bürosunun rəhbəri Karlotta Qallın yazdığı məqalədə buna səbəb kimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriya siyasəti və Rusiyadan alınan hava hücumundan müdafiə sistemləri gəstərilir.

Qeyd edək ki, 10 ölkənin Türkiydəki səfirləri 2016-cı il Gəzi hadisələrinə görə həbs olunmuş Osman Kavalanın azadlığa buraxılmasını tələb edən bəyanat imzalayıb.

Bu ölkələr ABŞ, Kanada, Fransa, Finlandiya, Danimarka, Almaniya, Niderland, Yeni Zelandiya, Norveç və İsveçdir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xarici İşlər Nazirliyinə həmin səfirlərin “persona non qrata” elan etməyi tapşırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru