Əməliyyatdan əvvəl kritik gəlişmə: Komandirlər Ankarada... - Təlimat verildi

25-10-2021, 10:00           
Əməliyyatdan əvvəl kritik gəlişmə: Komandirlər Ankarada... - Təlimat verildi
Suriyanın şimalında PKK-nın terror dəhlizinə müdaxilə üçün hazırlıqlar davam edir. “Fərat qalxanı”, “Sülh çeşməsi” və “Zeytun budağı” əməliyyatı bölgələrində döyüşən suriya müxalif qruplaşmaların komandirləri Ankaraya çağırılıb. Əməliyyat iki ana xətt və 35 min nəfərlik ordu ilə aparılacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, qruplaşmaların koordinasiyası və aparılacaq əməliyyatın taktiki-strateji məlumatları Ankaraya çağırılan Suriya Milli Ordusunun komandirləri ilə paylaşılıb.

Təl-Rıfat, Menbiç, Ayn İsa və Təl-Təmir cəbhələrində xidmət edəcək hərbçilərin yerləri və sayı müəyyənləşib.

Afrin, “Fərat qalxanı” və “Sülh çeşməsi” kimi antiterror əməliyyatlarına qatılan Suriya Milli Ordusunun təcrübəli hərbçiləri Təl-Təmir, Ayn İsa, Menbiç, Təl-Rıfat kimi PKK/YPG tərəfindən işğal edilmiş bölgələrdə aparılacaq xilasetmə əməliyyatında kritik nöqtələrə yerləşdiriləcək.

İraq və Suriyada xidmət edən komanda birlikləri də Suriya hərbçilərinə dəstək verəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.