SON DƏQİQƏ: Nazarbayev XALQA MÜRACİƏT ETDİ

8-01-2022, 12:14           
SON DƏQİQƏ: Nazarbayev XALQA MÜRACİƏT ETDİ
Qazaxıstanın birinci prezidenti, Elbası Nursultan Nazarbayev ölkənin bütövlüyünü qorumaq və mövcud çətinliklərə qalib gəlmək üçün xalqı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ətrafında sıx birləşməyə çağırıb.

RİA Novosti xəbər verir ki, bu barədə Nazarbayevin mətbuat katibi “Twitter”də məlumat yayıb.

Məlumatda bildirilib ki, Nursultan Nazarbayev ölkəni tərk etməyib və o, hazırda paytaxt Nur-Sultandadır.

Qeyd olunub ki, Nursultan Nazarbayev məsləhətləşmələr keçirir, o, Prezident Kasım-Jomart Tokayevlə birbaşa əlaqədədir və həmçinin qonşu və dost ölkələrin liderləri ilə telefonla əlaqə saxlayır.

Xatırladaq ki, dünən Belarus Prezidenti Aleksandr Lukaşenko və Qazaxıstanın birinci prezidenti - Elbası Nursultan Nazarbayev arasında telefon danışığı baş tutub.

Turkustan.az xəbər verir ki, bu barədə Luşaşenkonun mətbuat xidməti məlumat yayıb. tərəflər telefon söhbətində Qazaxıstandakı vəziyyəti ətraflı müzakirə ediblər.

Onu da vurğulayaq ki, Qazaxıstanla bağlı xəbərlər hələki rəsmi qaynaqlardan və əsasən, Rusiya mediası üzərindən yayınlanır. Bu baxımdan gələn xəbərlərin "süzgəcdən" keirilərək yayımlandığını da nəzərə almaq lazımdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru