Ukrayna mühafizə sistemlərinin alınması üçün Türkiyəyə müraciət edəcək

3-02-2022, 18:30           
Ukrayna mühafizə sistemlərinin alınması üçün Türkiyəyə müraciət edəcək
Ukrayna mühafizə sistemlərinin – gülləkeçirməz jiletlərin və dəbilqələrin alınması üçün Türkiyəyə müraciət edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Oleksey Reznikov keçirdiyi brifinqdə məlumat verib.

“Bu gün Kiyevdə həmkarımla mühafizə sistemlərinin tədarükü imkanları barədə fikir mübadiləsi apardıq. Ukraynanın müdafiə sistemləri əldə etmək imkanını müzakirə edəcəyik”, – deyə O.Reznikov əlavə edib.

Nazir, həmçinin qeyd edib ki, Türkiyə də Ukrayna kimi, Qara dəniz dövlətidir. Biz Türkiyə və Ukraynanın dəniz qüvvələri arasında Qara dənizdə əməkdaşlıq imkanlarını müzakirə edəcəyik. Türkiyə gəmiqayırma zavodlarında Ukrayna donanmasının ehtiyacları üçün kreyser inşa olunur.

O.Reznikov bildirib ki, türkiyəli həmkarı ilə bugünkü görüşdə yüksək hərbi texnologiyalar sahəsində çərçivə sazişinin imzalanması planlaşdırılır. Bu müqaviləyə əsasən, Ukraynada pilotsuz uçuş aparatları (PUA) istehsal edəcək “Bayraktar” zavodunun tikintisi mümkün olacaq. Ukraynada istehsal olunacaq PUA-ya nəzarət etmək üçün təlim mərkəzi yaradılacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.