“Dünyada heç kəs onun qədər...” - Britaniyadan Nazabayevə böyük şok

5-02-2022, 00:03           
“Dünyada heç kəs onun qədər...” -
Böyük Britaniyada daşınmaz əmlak və digər mülklərə sahib olan Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin ailəsinin korrupsiya fəaliyyəti ilə bağlı Britaniya parlamentində dinləmələr keçirilib.

Teleqraf.com xəbər verir ki, parlament üzvü Marqaret Hodc Nazarbayev ailəsinin aktivlərini “çirkli pullar” adlandırıb və onların dondurulmasını təklif edib.

Parlamentarinin sözlərinə görə, onlar bir çox korrupsiya və digər qanunsuz fəaliyyətlərdə iştirak ediblər. Xəbərdə Hodc Qazaxıstanın ilk prezidentinin qızı Dariqanın, Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədri Kərim Məsimovun, Nur Otan Partiyası sədrinin keçmiş birinci müavini Baybek Bauyrjanın, Nazarbayevin qardaşı Bolat Nazarbayevin və onlara yaxın olan bir çox digər şəxslərin adını çəkib.

“Azad dünyada korrupsiyası ilə tanınan heç bir liderin Nursultan Nazarbayev qədər olduğunu təsəvvür edə bilmirəm. Biz onun son 15 ildəki işlərindən xəbərdarıq”, - parlament üzvü bildirib.

Onun sözlərinə görə, rəsmi London bu məlumatlara cavab verməlidir: “Böyük Britaniya “çirkli pullar”ın yurisdiksiyasına çevrildiyi üçün Londonun və maliyyə xidmətləri sektorumuzun reputasiyası ləkələnib”.

Hodc tərəfindən adları çəkilən şəxslərin bir çoxu hazırkı Prezident Kasım-Jomart Tokayevin fərmanı ilə artıq əsas vəzifələrini itirib. Onların bəzilərinin yeri məlum deyil. Tokayevin özü ölkənin biznes elitası ilə görüşündə Qazaxıstanda mövcud korrupsiya və sərvətin ədalətsiz bölüşdürülməsi barədə danışıb.

Fevralın 2-də Qazaxıstan parlamenti Nursultan Nazarbayevi əksər səlahiyyətlərindən məhrum edib. Onun parlamentdə çıxış etmək hüququ və “Elbası” (“Xalqın lideri”) fəxri adı qalıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.