Girdikləri evdə oyanan uşağı yatızdırıb, soyğuna davam etdilər - VİDEO

7-02-2022, 00:07           
Girdikləri evdə oyanan uşağı yatızdırıb, soyğuna davam etdilər - VİDEO
Türkiyədə qəribə oğurluq hadisəsi baş verib. Belə ki, soyğun zamanı oğrular oyanmış uşağı yatızdırıb, işlərinə davam ediblər.
"Ölkə.Az"ın məlumatına görə, hadisə İstanbulda baş verib: Üç oğru gecə saatlarında A.K-nın evinə girib. Onlardan biri ev sahibinin doqquz yaşlı oğlunun yatdığı otağa girib. Uşaq səsə oyanıb, oğru isə ona, "Tamam, heç nə olmayıb, sən yat", - deyib, sonra da məktəblinin notbukunu və oyun konsolunu götürərək otaqdan çıxıb.

Soyğunçular evdən qaçdıqdan sonra uşaq yatmış ailəsini oyadıb və baş verənləri danışıb. Ev sahibi dərhal polisə xəbər verib. Hüquq mühafizəçilərin iştirakı ilə təhlükəsizlik kamerasında olan görüntülərə baxılıb. Videoda oğruların binaya daxil olması və əllərində elektron avadanlıqlarla çıxması əks olunub.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru