ABŞ Türkiyə-Ukrayna hərbi əməkdaşlığını dəstəkləyib

7-02-2022, 09:13           
ABŞ Türkiyə-Ukrayna hərbi əməkdaşlığını dəstəkləyib
ABŞ Türkiyə-Ukrayna hərbi əməkdaşlığını dəstəkləyib. Bu barədə «Anadolu» agentliyi xəbər verib.

Bununla barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays bəyan edib: «Müdafiə sferasında Türkiyə və Ukrayna əməkdaşlığı bölgəsəl sabitliyi möhkəmlədir. Bu, həmçinin Ukraynanın özünü müdafiə etməsinə kömək edir… Biz özümüz Ukraynaya görünməmiş səviyyədə təhlükəsizlik sahəsində müdafiə köməyi göstərmişik.

NATO üzrə müttəfiqlərə hüquq vermişik ki, Ukraynaya ABŞ istehsalı avadanlıqlar versinlər. Müttəfiqləri Ukraynaya təhlükəsizlik sahəsində kömək göstərmək üçün daha geniş çağırış edirik ki, o, gələcəkdə Rusiyanın təcavüzünə qarşı dura bilsin”.

“AzPolitika.info”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru