Aral dənizinin quruyan hissəsindən hər il ətraf ərazilərə milyonlarla ton qum sovurulur

7-02-2022, 10:23           
Aral dənizinin quruyan hissəsindən hər il ətraf ərazilərə milyonlarla ton qum sovurulur
Aral dənizinin quruyan hissəsindən hər il ətraf ərazilərə 15-75 milyon ton qum sovurulur.

AZƏRTAC Dünya Bankının Aral dənizi ilə bağlı yeni tədqiqatlarına istinadla xəbər verir ki, dənizin quruyan hissəsində-60 min kvadratmetr ərazidə Aralqum səhrası yaranıb. Bu səhranın təxminən yarısı Özbəkistanın Qaraqalpaq Respublikasının ərazisinə düşür. Qaraqalpaq Respublikasında isə 2 milyona yaxın əhali yaşayır.

Son 20 ildə Aral dənizinin quruyan hissəsi qum qasırğası məkanına çevrilib. Bu da hər il Qaraqalpaq Respublikasının iqtisadiyyatına 44 milyon dollar ziyan vurur, bu ərazilərdə yaşayan insanların sağlamlığına mənfi təsir göstərir. Yaxın 20 ildə dəyən zərərin həcminin 840 milyon dollar olacağı proqnozlaşdırılır. Qum qasırğası nəticəsində hər il Qaraqalpaqstanın kənd təsərrüfatına və əhalinin sağlamlığına dəyən zərər 11,6 milyon dollara bərabərdir.

Dünya Bankının məlumatında bildirilir ki, dənizin quruyan hissəsini yalnız duza davamlı yerli ağac və kolların hesabına bərpa etmək və bununla da havanın çirklənməsinin qarşısını xeyli dərəcədə almaq mümkündür.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.