“Bir neçə günə neqativ olacağı gözlənilir” - İbrahim Kalın Ərdoğanın COVID testi barədə

8-02-2022, 08:56           
“Bir neçə günə neqativ olacağı gözlənilir” -
Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Rusiya prezidenti Vladimir Putinin Ankaraya səfərinə hazırlıqların getdiyini, dəqiq tarixin bir qədər sonra məlum olacağını deyib.

Kalın koronavirusa yoluxan ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın səhhətilə bağlı da açıqlama verib.

“Həkimlərin proqnozlarına görə, bir neçə gün ərzində prezidentin COVID testinin neqativ olacağı gözlənlir”, - deyə Kalın bildirib.

Qeyd edək ki, bir müddət öncə prezidentin xanımı Əminə Ərdoğan da özü və həyat yoldaşının vəziyyəti barədə məlumat verib. O, hazırda səhhətlərinin yaxşı olduğunu bəyan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru