"Türkiyə və Azərbaycan vətəndaşları icbari tibbi sığortanın tərkibinə aid olan xidmətlərdən istifadə edə biləcəklər"

8-02-2022, 12:32           
"Türkiyə və Azərbaycan vətəndaşları icbari tibbi sığortanın tərkibinə aid olan xidmətlərdən istifadə edə biləcəklər"
"Gələcəkdə Türkiyə və Azərbaycan vətəndaşları qarşılıqlı şəkildə icbari tibbi sığortanın tərkibinə aid olan xidmətlərdən istifadə edə biləcəklər".

"Report" xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.

Sədrin sözlərinə görə, qardaş Türkiyə ilə səhiyyə sahəsində bir çox layihələr həyata keçirilir: "Vətən müharibəsində yaralanan qazilərə psixoloji yardımların göstərilməsi üçün icra olunan layihələrin genişləndirilməsi istiqamətində Türkiyə ilə birgə əməkdaşlıqlar olacaq. Bundan başqa, Türkiyə istehsalı olan "Türkovac" vaksinin hazırda 3-cü fazada sınaq mərhələsindədir. Azərbaycan və Türkiyənin səhiyyə qurumları arasında işçi qrupu səviyyəsində görüşlər keçiriləcək".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru