"Türkiyəyə Mirzoyanla mən dəvət olunmuşam" - Rubinyan

9-02-2022, 00:06           
"Türkiyəyə Mirzoyanla mən dəvət olunmuşam" - Rubinyan
"Ermənistanın baş naziri Nikol Paşinyan Antalya Forumunda iştirak etmək üçün Türkiyəyə dəvət edilməyib". AzVision.az xəbər verir ki, bunu hakimiyyətdə olan “Vətəndaş Müqaviləsi” partiyasının vitse-spikeri, Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan deyib. - Hazırda mən və Mirzoyan (Ermənistanın xarici işlər naziri-red.) bu tədbirə dəvət olunmuşuq. Əvvəllər dəfələrlə qeyd etdiyimiz kimi, iştirakla bağlı qərar qəbul edilməyib. Bu o deməkdir ki, biz getməyə də bilərik, - Rubinyan deyib.
Xatırladaq ki, Türkiyənin vitse-prezidenti Fuat Oktay Nikol Paşinyanın Antalya Forumunda iştirak etmək üçün qardaş ölkəyə səfər edəcəyini açıqlamışdı. Ermənistan Xarici İşlər Nazirliyi isə buna cavab olaraq bəyanat yaymışdı ki, baş nazirin forumda iştirakı müzakirə olunmur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru