"Dialoq üzrə növbəti görüşün Vyanada keçirilməsini Ermənistan istədi" - Çavuşoğlu

9-02-2022, 08:29           
"Dialoq üzrə növbəti görüşün Vyanada keçirilməsini Ermənistan istədi" - Çavuşoğlu
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanla dialoq üzrə növbəti görüşün niyə Vyanada keçirilməsinə münasibət bildirib.

APA-nın xəbərinə görə, Çavuşoğlu deyib ki, görüşün Vyanada keçirilməsini Ermənistan təklif edib.

“Görüşün Vyanada keçirilməsini Ermənistan istədi. İkinci görüşün Vyanada, ya da Cenevrədə keçirilməsinə dair təkliflə çıxış etdilər. 2009-cu ildə Cenevrədə uğursuz bir proses vardı, eyni vəziyyətin davamı olmasın deyə Vyana təklifi qəbul olundu”,-deyə Türkiyə XİN başçısı vurğulayıb.

Qeyd edək ki, Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıç və Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan arasında ikinci görüş fevralın 24-də Vyanada keçiriləcək.

Xatırladaq ki, tərəflər arasında ilk görüş yanvarın 14-də Moskvada baş tutub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru