“TƏƏSÜF Kİ, BÖYÜK SAYDA ÖLƏNLƏR VAR...” - Xəbərdarlıqsız atəş açmaq əmri verdi

10-02-2022, 19:28           
“TƏƏSÜF Kİ, BÖYÜK SAYDA ÖLƏNLƏR VAR...” - Xəbərdarlıqsız atəş açmaq əmri verdi
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkədə yanvar iğtişaşları zamanı çox sayda qurbanların olmasından narahat olduğunu etiraf edib. Dövlət başçısı “bütün günahkarların məsuliyyətə cəlb ediləcəyinə” əmin olduğunu vurğulayıb. Bunu Tokayev Kremldə Rusiya prezidenti Vladimir Putinlə danışıqlar zamanı deyib.

O bildirib ki, “istintaq davam edir, ilkin nəticələr ortaya çıxır”. “Təəssüf ki, qurbanlar çoxdu, mən özüm də bundan narahatam, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verdim”, - Qazaxıstan prezidenti qeyd edib.

Xatırladaq ki, yanvarın 7-də Tokayev müraciətində hüquq-mühafizə orqanlarına və orduya “terrorçulara” xəbərdarlıq etmədən atəş açmaq əmri verdiyini bildirib.

Təkcə rəsmi məlumatlara görə, yanvar hadisələrində azı 227 nəfər həlak olub, mindən çox insan yaralanıb./virtualaz












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.