Türkiyə ilə Ermənistan arasında əsas danışıqlar yazda keçiriləcək

11-02-2022, 10:48           
Türkiyə ilə Ermənistan arasında əsas danışıqlar yazda keçiriləcək
Türkiyə İsrail, Ermənistan və Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətləri normallaşdırmaq üçün ciddi addımlar atacaq.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin "Vətən" qəzeti məlumat yayıb.

Məqalədə Ermənistanla münasibətlərin normallaşmasından da söz açılır. Qeyd olunub ki, fevralın 24-də Vyanada keçiriləcək ikitərəfli görüşdən sonra əsas danışıqlar yazda İrəvan və İstanbulda aparılacaq.

Xatırladaq ki, tərəflər arasında münasibətlərin normallaşması üzrə ilk danışıqlar bu ilin yanvarında Moskvada baş tutub. Görüşün ardınca Türkiyə və Ermənistan XİN-ləri verdikləri bəyanatlarda müzakirələri konstruktiv adlandırıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru