İstanbulda yanğın - 4 əcnəbi həlak oldu 12-02-2022, 09:43 İstanbulun Güngörən rayonunda baş verən yanğın nəticəsində 4 əcnəbi işçi həlak olub.Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı İstanbul valiliyi yayıb.Qeyd olunur ki, daha 6 nəfər tüstüdən zəhərlənmə diqanozu ilə xəstəxanaya yerləşdirilib.Hadisə yerinə polis, yanğınsöndürmə və tibb qrupları cəlb edilib. Yanğınla bağlı polis və prokurorluq orqanları araşdırmalara başlayıb. Facebook-da paylaş