Türkiyə kəşfiyyatı İranın casus şəbəkəsini ifşa edib

12-02-2022, 08:15           
Türkiyə kəşfiyyatı İranın casus şəbəkəsini ifşa edib
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) və İstanbul Təhlükəsizlik Müdirliyi tərəfindən keçirilən xüsusi əməliyyat zamanı İran xüsusi xidmət orqanlarının Türkiyədə iranlı müxaliflərin oğurlanması planlarına yardım edən 14 şübhəli saxlanılıb. Bu barədə “Anadolu” xəbər verir.

Məhkəmə saxlanılan şəxslər barəsində (12-si Türkiyə vətəndaşı, 2 İran vətəndaşı) həbs qətimkan tədbiri seçib. Casus şəbəkəsinin daha üç üzvü axtarışa verilib.

Təhlükəsizlik qüvvələrində mənbələrdən verilən məlumata görə, “By Saglam” müdafiə şirkətinin sahibi İhsan Sağlam və onun işçisi, İran vətəndaşı Morteza Soltan Sancarinin iranlı müxalifətçiləri qanunsuz yolla Türkiyədən çıxarmağa cəhd etdiyi müəyyən edilib.

Sağlam və Səncəri İran kəşfiyyatı adından fəaliyyət göstərən Seyyedmehdi Hosseini və Əli Qəhrəmanikhadjiabaddan müvafiq göstərişlər alıblar.

virtualaz.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru