Türkiyədə idman zalında işləyən kişi yeniyetmələrə təcavüz etdikdən sonra onları şantaj edib

12-02-2022, 10:03           
Türkiyədə idman zalında işləyən kişi yeniyetmələrə təcavüz etdikdən sonra onları şantaj edib
Türkiyənin Yalova bölgəsində bir neçə ay əvvəl cinsi təcavüzdə şübhəli bilinərək həbs edilən lakin qısa müddət sonra sərbəst buraxılan 32 yaşlı kişi bu dəfə yeniyetməyə cinsi təcavüz etdiyi üçün həbs edilib.

Armutlu rayon bələdiyyəsinin idman zalında işləyən Yaqup Akkaya oraya məşq etməyə gələn 17 yaşlı gəncə qarşı seksual xarakterli hərəkətlər edib.

Bununla da kifayətlənməyən cinayətkar etdiyi hərəkətləri telefonuna çəkərək qarşı tərəfi şantaj etməyə başlayıb.

İddia olunur ki, Yaqup Akkayanın mobil telefonuna baxış keçirən polislər onun digər insanlara qarşı da oxşar şəkildə şantaj əməlləri törətdiyi üzə çıxıb.

Mənbə: “Demirören Haber Ajansı” (DHA)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.