Türkmənistan prezidenti gənc idarəçilərə yol vermək niyyətində olduğunu bildirib

12-02-2022, 11:14           
Türkmənistan prezidenti gənc idarəçilərə yol vermək niyyətində olduğunu bildirib
Fevralın 11-də Türkmənistan Milli Qenqeşinin yuxarı palatasıolan Xalq Məsləkətinin iclası keçirilib. İclasa ölkə prezidenti,yuxarı palatanın sədri Qurbanqulu Berdiməhəmmədov sədrlik edib.

Trend Türkmənistan dövlət informasiya agentliyinə istinadənxəbər verir ki, iclasda hökumət üzvləri, parlamentin deputatları,nazirlik və idarələrin, siyasi partiya və ictimai təşkilatlarınrəhbərləri, ətrap (rayon), şəhər və vilayətlərin rəhbərləri iştirakediblər.

Toplantının birinci yarısında Türkmənistan Nazirlər Kabinetiningeniş tərkibdə iclası keçirilib. Hökumətin ötən ildəki işininyekunları müzakirə olunmuş, Nazirlər Kabineti sədrininmüavinlərinin hesabatları dinlənilmiş, onların gördüyü işlərəqiymət verilmiş və cari dövrdə ölkənin sosial-iqtisadi inkişafınınqarşıda duran vəzifələr vurğulanmışdır.

Sonra Xalq Məsləkətinin işində fasilə elan edilmiş, bayramsədəqəsi verilmişdir. Bundan sonra iclas davam edib. Toplantınınikinci yarısında 2022-2052-ci illər üçün dövlətin sosial-iqtisadiinkişafı Milli Proqramı qəbul edilib.

Türkmənistan lideri çıxışında milli iqtisadiyyatın innovativyanaşma əsasında şaxələndirilməsinə yönəlmiş islahatların gələcəkdədə davam etdiriləcəyini qeyd edib.

O, vurğulayıb ki, iki il əvvəl o, peyğəmbər yaşına çatıb və bugün gəldiyi çətin qərarı müzakirə etmək istəyir.

"Ölkəmizin inkişafının yeni mərhələsində dövlət idarəçiliyindəyolu mənəvi mühitdə və dövrümüzün yüksək tələblərinə uyğun tərbiyəalmış gənc idarəçilərə verilməsi fikrini dəstəkləyirəm. Mən XalqMəsləkətinin sədri kimi böyük həyat və siyasi təcrübəmi bundansonra da bu sahəyə yönəltmək niyyətindəyəm", - Q. Berdıməhəmmədovbildirib.

Dövlət başçısı bundan sonra da sevimli Vətəninin, mərd xalqının,nəsillərin firavan həyatı, ulu taleyi naminə səyləriniəsirgəməyəcəyini qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.