Dollar bahalaşdı, Türkiyə iqtisadiyyatı isə... - İngiltərə nəşri

12-02-2022, 14:56           
Dollar bahalaşdı, Türkiyə iqtisadiyyatı isə... -
Türkiyə iqtisadiyyatının dayanıqlılığı ən pis qorxuları belə aradan qaldırdı.

Axar.az xəbər verir ki, bu barədə İngiltərənin “Faynənşl Tayms” qəzetində məqalə gedib.

Nəşr yazır ki, bütün çətinliklərə baxmayaraq, Türkiyə iqtisadiyyatı ayaqda qalmağı bacarır:

"2011-2013-cü illərdə xəbərdarlıq edilirdi ki, əgər dollar 2 lirəni keçərsə, onda Türkiyə iqtisadiyyatı çökəcək. Dollar 2 lirəni keçdi. Daha sonra isə bildirildi ki, dollar 3-5 lirə arasında dəyişərsə, Türkiyə iqtisadiyyatı dağılacaq. Hazırda dollar 13 lirə ətrafında dəyişir. Türkiyə iqtisadiyyatı isə hələ də ayaqdadır. Həm banklar, həm də əhali müəyyən vaxtlarda baş tutan devalvasiyaya qarşı müqavimət göstərdilər. Hətta, bankların xarici valyutada kredit verməsinin qadağan edilməsi dayanıqlılığa töhfə verdi".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru