Bursada sürətli qatar xətti inşa olunacaq - Nazir

13-02-2022, 09:46           
Bursada sürətli qatar xətti inşa olunacaq - Nazir
Bu il Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı tərəfindən türk dünyasının mədəniyyət paytaxtı seçilən Türkiyənin Bursa şəhəri yeni yüksək sürətli qatar xəttinin tikintisi ilə dəmir yolu şəbəkəsinə inteqrasiya ediləcək. Yeni dəmir yolu xətti Balıkəsir, Bursa vilayətləri və bu vilayətlərə bağlı Yenişəhər, Osmaneli rayonları arasında inşa ediləcək.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Qaraismayıloğlu açıqlama verib.

Yeni layihə ilə Bursanın Ankara-İstanbul yüksək sürətli qatar xəttinə də qoşulacağını deyən nazir son 20 il ərzində bu vilayətə yalnız nəqliyyat və kommunikasiya sahəsi üzrə 29,5 milyard türk lirəsi məbləğində sərmayə qoyulduğunu bildirib.

Nazir Bursada 2003-cü ildə 194 kilometr olan avtomobil yolunun uzunluğunun bu gün 600 kilometrə çatdırıldığını qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru