Tokayev "Həzrət Sultan" məscidində iğtişaşlar zamanı həlak olanların xatirəsini yad etdi

13-02-2022, 12:05           
Tokayev "Həzrət Sultan" məscidində iğtişaşlar zamanı həlak olanların xatirəsini yad etdi
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Həzrət Sultan” məscidində yanvar hadisələrində kütləvi iğtişaşlar zamanı həlak olanların xatirəsinə həsr olunmuş mərasimdə iştirak edib.

Pravda.az xəbər verir ki, bu barədə bu gün Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Tokayev dua oxuduqdan sonra çıxışında qeyd edib ki, bu il qazax xalqı ağır sınaqlara məruz qalıb:

“Dövlətin bütövlüyü, vətəndaşların təhlükəsizliyi, ölkənin gələcəyi təhdid altındadır. Biz terrorçuları və onların hücumunu dəf etdik. Təəssüf ki, bu qarışıqlıq bir çox vətəndaşın həyatına son qoydu. Bu, əsl faciədir. Mənim tapşırığımla müvafiq orqanlar bu prosesi hərtərəfli araşdırır. Mənim üçün insan hüquqlarının müdafiəsi məsələsi çox önəmlidir. Baş verən xoşagəlməz hadisələr bütün ölkəni sarsıtdı”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.