İsrail kəşfiyyatının rəhbəri Türkiyədə səfərdə olub?

13-02-2022, 17:05           
İsrail kəşfiyyatının rəhbəri Türkiyədə səfərdə olub?
“Mossad”ın rəhbəri David Barnea çox güman ki, bu yaxınlarda Türkiyəyə səfər edib və orada israilli iş adamı Yair Gellerə qarşı sui-qəsd cəhdinin araşdırılması ilə əlaqədar Türkiyə əks-kəşfiyyatının rəhbərliyi ilə görüşüb. İsrail 12 telekanalı xəbər verir ki, Barnea MİT rəhbəri Hakan Fidanla görüşə bilərdi.

Türkiyə mediası ötən həftə İsrailin yüksək rütbəli rəsmilərinin, o cümlədən təhlükəsizlik xidmətinin rəhbərlərindən birinin ölkəyə səfəri barədə məlumat yayıb. Amma konkret adlar verilməyib.

“Kanal 12”-nin reportajında ​​qeyd olunub ki, hətta Mossad-a Yossi Koenin rəhbərlik etdiyi günlərdə də İsrail kəşfiyyat xidmətləri MİT ilə işgüzar əlaqələr qurub. Birgə səylərlə Türkiyədə ən azı 12 terror aktının qarşısı alınıb.

Cümə günü, fevralın 11-də Türkiyənin “Sabah” nəşri MİT əməkdaşlarının İran xüsusi xidmət orqanlarının israilli iş adamı Yair Gellerə qarşı sui-qəsd cəhdinin qarşısının aldığını yazıb. MİT-in məlumatına görə, Gellerin qətli 2020-ci ilin noyabrında öldürülən nüvə fiziki Möhsün Fəxrizadənin İranda likvidasiyası üçün qisas almaq məqsədilə planlaşdırılıb. Bundan əlavə, iranlılar israillinin ölümünün Türkiyə ilə İsrail arasında əlaqələrin qurulması prosesinə mənfi təsir göstərəcəyini gözləyirdilər.

“Sabah” yazır ki, Türkiyə kəşfiyyat orqanları Gellerin qətlini planlaşdıran qruplaşmanın 9 üzvünü saxlayıb.

virtualaz.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.