Qazaxıstanda yenə mitinq keçirildi - VİDEO

14-02-2022, 00:01           
Qazaxıstanda yenə mitinq keçirildi - VİDEO
Almatının Respublika meydanında yanvar hadisələri qurbanlarının xatirəsinə həsr olunmuş razılaşdırılmamış mitinq keçirilib. Tədbir təxminən üç saat davam edib və insidentsiz başa çatıb.

Mitinq iştirakçıları çıxışlarında yanvar hadisələrinin şəffaf araşdırılmasına çağırıb, məhbuslara işgəncələrə son qoyulmasını, günahsız vətəndaşların istintaq təcridxanalarından azad edilməsini tələb ediblər.

Mitinq hakimiyyətlə razılaşdırılmasa da, polis hadisəyə müdaxilə etməyib.

Qeyd edək ki, yanvarın əvvəlində Qazaxıstanda kütləvi etiraz aksiyaları nəticəsində 4578 nəfər xəsarət alıb, 19-u təhlükəsizlik xidmətinin əməkdaşı olmaqla, 225 nəfər həlak olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru