Şahin və Türeci Atatürk mükafatından imtina etmələrinin səbəbini açıqlayıblar

15-02-2022, 11:50           
Şahin və Türeci Atatürk mükafatından imtina etmələrinin səbəbini açıqlayıblar
Koronavirus peyvəndi "BioNTech"in qurucu tərəfdaşları Prof. Dr. Uğur Şahin və Dr. Özlem Türeci Atatürkçü Düşüncə Dərnəyinin (ADD) verdiyi İlin Atatürkçü mükafatına layiq görülüb.
Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat verib.

Bildirilir ki, Şahin və Türeci bu mükafatı almağa razılaşaraq dərnəyi məktubla xəbərdar ediblər. İkili Türkiyədə onların adından mükafatı alacaq adamın adını da müəyyən edərək bu barədə dərnəyi məlumatlandırıblar.

Amma 3 gün sonra Almaniyadan ADD assosiasiyasına daha bir məktub göndərilib.

Türeci və Şahin bu dəfə yazdıqları məktubda mükafatı qəbul edə bilməyəcəklərini bildiriblər. Onlar elm adamı olduqlarını, yalnız elmi təşkilatlar və buna bənzər dərnəklərdən mükafat almalarının düzgün olacağını bildiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru