Rusiya hərbi gəmisi Türkiyə sahillərində göründü - VİDEO

16-02-2022, 09:30           
Rusiya hərbi gəmisi Türkiyə sahillərində göründü - VİDEO
Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus “Dmitri Roqaçyov” adlı hərbi gəmi Türkiyə sahilllərində görünüb.

375 nömrəli döyüş gəmisi Çanaqqala boğazından keçib.

Kilitbahir qalasının yanından keçən hərbi gəmi boğazda manevr etmək üçün ən çətin nöqtə olan Nara burnunu döndükdən sonra Mərmərə dənizinə doğru üzüb.

Rusiya ilə Ukrayna arasında yaşanan böhran səbəbindən Qara dənizə doğru hərəkət edən hərbi gəmini boğazdan keçərkən sahil mühafizəsinin kateri müşayiət edib.

Qeyd edək ki, son bir neçə gündə Rusiyanın altı hərbi gəmisi və bir sualtı qayığı Qara dənizə doğru hərəkət edib.


Mənbə: “Haber Global”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.